Bu işıqfora görə Binəqədidə uzunmüddətli tıxac yaranır - VİDEO

Paytaxtın Cəfər Xəndan küçəsi ilə Azadlıq prospektinin kəsişməsində sürücülər uzun müddətdir davam edən tıxac və nizamsızlıqdan şikayətlənirlər. Onların sözlərinə görə, bu ərazidəki işıqfor düzgün tənzimlənmədiyindən səhər saatlarında xaos yaranır.
Avtosfer.az xəbər verir ki, Binəqədi rayonunda, xüsusilə 8-ci mikrorayon istiqamətindən gələn avtomobillər üçün yaşıl işıq daha qısa müddət yanır. Nəticədə həmin istiqamətdən gələn sürücülər, xüsusən də Ziya Bünyadov prospekti istiqamətinə (keçmiş "Karl Marks" dairəsi tərəfə) dönmək istəyənlər tələskənlik göstərir və eyni anda hərəkət etməyə çalışırlar.
Bu zaman “Lukoil” yanacaqdoldurma məntəqəsi tərəfdən düzünə hərəkət edən avtomobillərin yolu bağlanır və nəticədə həm həmin tərəfdə, həm də qarşı zolaqlarda hərəkət ləngiyir.
Sürücülər bildirirlər ki, problem uzun müddətdir davam edir və səhər pik saatlarında vəziyyət daha da gərginləşir. Onlar aidiyyəti qurumlardan işıqforun vaxt intervallarının yenidən tənzimlənməsini və hərəkət axınının düzgün şəkildə koordinasiya olunmasını tələb edirlər.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov Avtosfer.az-a bildirib ki, paytaxt yollarında işıqforların iş rejimi və vaxt planı hərəkət axınına əsasən tənzimlənir:
"Bu zaman yoldan keçən piyadaların və hərəkətdə olan nəqliyyat vasitələrinin intensivliyi əsas götürülür. Qeyd olunan yolda da svetoforların iş rejimi və vaxt planı ilə bağlı problem yoxdur".
Eltac Zülfüqaroğlu
Bu yol nişanlarının tələblərini bilməyənlər qəza şəraiti yaradır – EKSPERT - FOTO
Səməd Vurğun heykəlinin önünə velosiped zolağının çəkilməsi təklif edilir - FOTO
Gəncə şəhərində turistik nişanlanma işləri həyata keçirilib - FOTOLAR
Ağacın arxasında qalan nişan sürücüləri qayda pozmağa vadar edir - VİDEO
Magistral yolların təhlükəsizliyinə kölgə salan çatışmazlıqlar nələrdir? – Ekspert AÇIQLADI
“Dəniz Mall”un ətrafına mobillik zolağı çəkilir - FOTO
Bu ölkədə işıqforlara 4-cü rəng əlavə edilir; səbəb bu imiş
Yasamalda bu küçədə velosiped zolağı salınır - FOTO
Piyadaların diqqətinə: Bu yolda işıqfora əlavə bölmə quraşdırılıb - VİDEO
Bu yolda sağ zolaqda dayanarkən diqqətli olun; düzünə hərəkət qadağan edildi - VİDEO
Bakı küçələrinə döşənən bordürlər 7 il sonra yararsız hala düşür – ŞİKAYƏT - FOTO










