Bu küçədə sürücülər üçün tələ var- Diqqətli olun! - VİDEO

Bakıda qanunsuz quraşdırılmış yol nişanı sürücüləri çaşdırır və onların cərimələnməsi ilə nəticələnir. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, paytaxtın Əhməd Rəcəbli küçəsində quraşdırılan geriyə dönmə nişanı bildirir ki, qarşıda iki dönmə yeri var. Öncə qeyd edək ki, quraşdırılan nişan 5.11.2 nişanıdır. Əslində nişan qanunvericiliyə görə bu cür nəzərdə tutulmayıb. Yol nişanlarının siyahısında dərc edilmiş 5.11.2 nişanındakı ikinci geriyə dönmə yeri mütləq metrlə göstərilməlidir. Lakin Əhməd Rəcəbli küçəsindəki nişanın üzərində ikinci geriyə dönmə yeri metrlə göstərilməyib.
Daha bir yanlışlıq ondadır ki, məlumatverici göstərici nişan qarşıda ikinci geriyə dönmə yerinin olduğunu bildirsə də, ondan sonra quraşdırılan 3.19 nişanı geriyə dönməni qadağan edir.
Sürücülər isə oradan geriyə dönən zaman yol polisləri onları saxlayaraq cərimələyir.
Qeyd edək ki, geriyə dönmənin qadağan olduğunu bildirən 3.19 nişanı geriyə dönüləcək yerin bilavasitə qarşısında quraşdırılmalıdır. Amma videodan da aydın şəkildə görünür ki, nişan geriyə dönmə yerindən azı 50-100 metr geridə quraşdırılıb.
Təbriz
Bu yol nişanlarının tələblərini bilməyənlər qəza şəraiti yaradır – EKSPERT - FOTO
Səməd Vurğun heykəlinin önünə velosiped zolağının çəkilməsi təklif edilir - FOTO
Gəncə şəhərində turistik nişanlanma işləri həyata keçirilib - FOTOLAR
Ağacın arxasında qalan nişan sürücüləri qayda pozmağa vadar edir - VİDEO
Magistral yolların təhlükəsizliyinə kölgə salan çatışmazlıqlar nələrdir? – Ekspert AÇIQLADI
“Dəniz Mall”un ətrafına mobillik zolağı çəkilir - FOTO
Bu ölkədə işıqforlara 4-cü rəng əlavə edilir; səbəb bu imiş
Yasamalda bu küçədə velosiped zolağı salınır - FOTO
Piyadaların diqqətinə: Bu yolda işıqfora əlavə bölmə quraşdırılıb - VİDEO
Bu yolda sağ zolaqda dayanarkən diqqətli olun; düzünə hərəkət qadağan edildi - VİDEO
Bakı küçələrinə döşənən bordürlər 7 il sonra yararsız hala düşür – ŞİKAYƏT - FOTO








