
Bu yolda nişanlar dəyişdi: Düzünə gedənləri kamera çəkir; 100 manat 3 bal - VİDEO
Yol nişanları
11 Aprel 2025 18:27
Oxunub 1938

Bakıda yol hərəkətinin təşkilinə dəyişiklik edilib. Avtosfer.az xəbər verir ki, bir neçə gün öncə paytaxtın Nizami küçəsilə Rostropoviçlər küçəsinin kəsişməsində yol nişanlarına dəyişiklik edilib.
Belə ki, əvvəllər sözügedən kəsişmədə bütün istiqamətlərə hərəkət etməyə icazə var idi. Lakin sonuncu dəyişiklikdən sonra kəsişmə yerinə hərəkətin yalnız sağa və sola məcburiliyini bildirən 4.1.6 nişanı və yolayrıcından sonra isə girişi qadağan edən 3.1 nişanı quraşdırılıb. Buna baxmayaraq sürücülər düzünə hərəkət edərək qaydaları pozurlar.
Qeyd edək ki, ərazidəki kameralar vasitəsilə düzünə hərəkət edən sürücülər 3 bal 100 manat məbləğində cərimə olunurlar.
Fərid
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR