Dövlət qurumu 3 milyonluq işıqforları - BU ŞİRKƏTDƏN ALDI

Yol nişanları 16 Avqust 2025 22:27
Dövlət qurumu 3 milyonluq işıqforları - BU ŞİRKƏTDƏN ALDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyinin BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi tərəfindən elan edilmiş tenderin nəticələri açıqlanıb.

Avtosfer.az xəbər verir ki, sözügedən tender işıqforlar və ona aid ehtiyat hissələri, eləcə də zəruri mal-materialların satın alınması üzrə keçirilib. Tenderin qalibi “Yol Nişan” MMC (VÖEN: 1304819001) olub.

Qalib şirkətə 3 102 527 manat ödəniş ediləcək.

Qeyd edək ki, "Yol Nişan" MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 200 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Rəşid Babaverdiyev Telman oğludur. Hüquqi ünvanı AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, ev 159 ünvanındadır (FED.az).

Oxunub : 988
ŞƏRH YAZ
Ad

E-mail

Şərh