Ən sürətli yolda nişan qoyuldu - İlk dəfə - VİDEO

M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni ödənişli avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayan 129 km-lik hissəsində yeni nişanlar quraşdırılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə jurnalist Elxan Yusifli məlumat paylaşıb.
O bildirilib ki, ödənişli yolda 3,5 tonadək çəkisi olan avtomobillər üçün saatda 130 kilometr sürət limitini göstərən nişanlar quraşdırılıb. Bu da artıq sürücülərin həmin nişanın tələbinə uyğun hərəkət edə biləcəyini göstərir.
Qeyd edək ki, dəyişiklik “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlarda öz əksini tapıb. Layihəyə əsasən, minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün ödənişli avtomagistrallarda - saatda 130 kilometrdən çox olmayan sürət həddi müəyyənləşib.
Digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə ödənişli yollarda sürət həddi saatda 90 kilometrdən çox olmamalıdır.
Xatırladaq ki, Azərbaycanda yollarda sürət həddinin saatda 130 kilometr müəyyən edilməsi ilk dəfədir.
Sakinlər yol nişanlanmasının düzgün aparılmamasından şikayət edirlər - VİDEO
Maşını elə yerdə saxladı ki, giriş bağlandı - FOTO
Bloger prospektdəki piyada keçidini podiuma çevirdi, tənqid olundu - VİDEO
Universitetin qarşısındakı piyada keçidi necə təşkil edilməli idi? – Ekspert RƏYİ - FOTO
Əlil şəxs məşhur ticarət mərkəzinin önündə yolu keçməkdə çətinlik çəkdi – ŞİKAYƏT - VİDEO
Dairədə yarımçıq çəkilmiş “zebra” piyadaları çətin vəziyyətdə qoyur - VİDEO
Əlli santimetrlik küçədə svetofor var - FOTO
Bu nişanı görəndə çaş-baş qalan sürücülərin diqqətinə! – Mütləq izləyin - VİDEO
Bu zolağa girən "yandı": Nə düz getmək olur, nə də sola dönmək - VİDEO
Dairədə “Yol ver” nişanına baxmayan sürücü qəzaya səbəbə oldu – REAL VİDEO
Sürücüləri çaşbaş salan nişan - Qırmızıda keçmək olar - VİDEO










