Gəncədə bu nişana görə cərimələnən sürücülər ŞİKAYƏT EDİR - VİDEO

Gəncə şəhərində quraşdırılan yol nişanı sürücülərin cərimələnməsi ilə nəticələnir. Bu barədə sürücülərdən biri Avtosfer.az">Avtosfer.az-a məlumat verərək bildirib ki, Gəncə şəhərindəki küçələrin birində kəsişmə yerinə stop nişanı və hərəkətin sağa məcburi olduğunu bildirən yol nişanı quraşdırılıb. Sürücünün müraciətini olduğu kimi təqdim edirik:
"Həmin yolayrıcında hərəkət yalnız sağa təşkil olunub. Sağa dönən zaman yol polisi əməkdaşları bizi saxlayaraq stop nişanında dayanmadığımızı iddia edib cərimə yazırlar. Hansı ki, onlar bizim dayanıb-dayanmadığımızı görə bilmirlər. Bununla yanaşı orada stop nişanının olması məntiqsizdir. Stop nişanı elə yerə quraşdırılmalıdır ki, orada sürücünün görünüş dairəsi məhdud olsun. Bu kəsişmədə yol ver nişanın olması kifayət edər".
Sürücülər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyindən həmin ərazidəki stop nişanının yol ver nişanı ilə əvəz edilməsini xahiş edir.
Fərid
Bu yol nişanlarının tələblərini bilməyənlər qəza şəraiti yaradır – EKSPERT - FOTO
Səməd Vurğun heykəlinin önünə velosiped zolağının çəkilməsi təklif edilir - FOTO
Gəncə şəhərində turistik nişanlanma işləri həyata keçirilib - FOTOLAR
Ağacın arxasında qalan nişan sürücüləri qayda pozmağa vadar edir - VİDEO
Magistral yolların təhlükəsizliyinə kölgə salan çatışmazlıqlar nələrdir? – Ekspert AÇIQLADI
“Dəniz Mall”un ətrafına mobillik zolağı çəkilir - FOTO
Bu ölkədə işıqforlara 4-cü rəng əlavə edilir; səbəb bu imiş
Yasamalda bu küçədə velosiped zolağı salınır - FOTO
Piyadaların diqqətinə: Bu yolda işıqfora əlavə bölmə quraşdırılıb - VİDEO
Bu yolda sağ zolaqda dayanarkən diqqətli olun; düzünə hərəkət qadağan edildi - VİDEO
Bakı küçələrinə döşənən bordürlər 7 il sonra yararsız hala düşür – ŞİKAYƏT - FOTO








