Piyada keçidi, yoxsa təhlükə mənbəyi? - VİDEO

Yol nişanları 9 Aprel 2023 21:10 Oxunub 2086
Piyada keçidi, yoxsa təhlükə mənbəyi?  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda piyadaların təhlükəsizliyi üçün çəkilən zolaq əslində onları təhlükəyə atır.

Belə vəziyyət paytaxtın Nəsimi rayonu ərazisində yaşanır.

Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanuna əsasən piyada keçidinin 5 metrliyində istənilən nəqliyyat vasitəsinin dayanması qadağandır. Piyada keçidi dayanacaqdan əvvəl yerləşməlidir. Əks halda 50 metrlik məsafə saxlanılmalıdır. Amma həmin ərazidə qaydalar gözlənilməyib. Ona görə də burada sürücülər və piyadaların həyatı təhlükə altındadır.

Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Tərlan Səfərov bildirib ki, məsələdən xəbərdardırlar. Artıq mütəxəssislər həmin əraziyə baxış keçiriblər.

BNA yaxın vaxtlarda problemin həlli istiqamətində dayanacağın yerinin dəyişdirilməsi üçün prosedur qaydalarına uyğun olaraq işlər həyata keçirəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh