Banner

Piyadaların diqqətinə: Bu yolda işıqfora əlavə bölmə quraşdırılıb - VİDEO

Yol nişanları 17 Fevral 2026 10:00
Piyadaların diqqətinə: Bu yolda işıqfora əlavə bölmə quraşdırılıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Nərimanov rayonunda piyadaların təhlükəsizliyinin artırılması istiqamətində növbəti addım atılıb.

Avtosfer.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumata görə, Təbriz və Ağa Nemətulla küçələrinin kəsişməsində yerləşən piyada keçidi artıq svetoforla nizamlanır.

Qurumdan bildirilib ki, yeni işıqfor sistemi sayəsində keçid sahəsində hərəkət daha ardıcıl və intizamlı şəkildə təşkil olunur. Svetoforun tətbiqi həm piyadaların, həm də sürücülərin yol hərəkəti qaydalarına əməl etməsini asanlaşdırır və nəticədə yol-nəqliyyat hadisələrinin başvermə riski azalır.

NİİM sürücüləri və piyadaları işıqfor siqnallarına diqqətlə yanaşmağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Eltac

Oxunub 224
ŞƏRH YAZ
Ad

E-mail

Şərh