Səməd Vurğunun Bakıdakı heykəli önünə velosiped zolağının çəkilməsi təklif edilir - FOTO

Yol nişanları 27 Fevral 2026 12:30
Səməd Vurğunun Bakıdakı heykəli önünə velosiped zolağının çəkilməsi təklif edilir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı şəhərinin bəzi küçələrində avtomobil zolaqlarının eni normadan artıq təşkil olunub. 

Avtosfer.az xəbər verir ki, şəhərin mərkəzi ərazilərində zolaqlar adətən nümunəvidir, lakin Puşkin küçəsinin Səməd Vurğun və Muğan bağlarının arasındakı hissə bu qaydadan kənara çıxır.

Müşahidələr göstərir ki, hətta avtobusların hərəkəti nəzərə alınsa, zolaqların eni 3,25 metr olmalıdır. Lakin burada hər bir zolaq vizual olaraq ən azı 4 metrdir. Nəticədə sürücülər zolağa riayət etməyəndə yolda qarışıqlıq yaranır.

Ekspertlər bildirirlər ki, 6 zolaqlı bu ərazidə Dilarə Əliyeva və 28 May küçələrini birləşdirən velozolaqların yaradılması daha məqsədəuyğun olardı. Bu həm yol təhlükəsizliyini artırar, həm də velosipedçilərin və piyadaların rahat hərəkətini təmin edər.

Zolaq genişliyindən səmərəli istifadə edilməməsi şəhərin yol infrastrukturu baxımından əhəmiyyətli problemdir və həll yolları düşünülməlidir.

Eltac Zülfüqaroğlu

Oxunub : 240
ŞƏRH YAZ
Ad

E-mail

Şərh