Sürücülər bundan sonra bu küçədə yol verməyəcək - Dairə LƏĞV EDİLDİ - FOTO
Yol nişanları 4 Mart 2021 10:40 Oxunub 3756
Sürücülər bundan sonra bu küçədə yol verməyəcək - Dairə LƏĞV EDİLDİ  - FOTO

Paytaxtın Mirzə Uluqbəy küçəsi ilə Əliyar Əliyev küçəsinin kəsişməsində ("Keşlə" bazarının yanında) hərəkətin təşkilinə dəyişiklik edilib. Avtosfer.az xəbər verir ki, əvvəllər bu küçənin kəsişməsində dairəvi hərəkət təşkil edilmiş yolayrıcı və bunu bildirən 4.3 dairəvi hərəkət nişanı mövcud idi. Bir neçə gün əvvəl həmin dairə ləğv edilərək hərəkət istiqaməti dəyişdirilib. Əvvəllər Mirzə Uluqbəy küçəsi ilə hərəkət edən sürücülər Əliyar Əliyev küçəsinin kəsişməsindəki dairə vasitəsilə sola və geriyə dönə bilirdilər. Lakin indi həmin kəsişmədə yalnız sağa hərəkət etməyin məcburi olduğunu bildirən 4.1.2 nişanı quraşdırılıb. Sağa hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri üstünlüyə malik olacaqlar.

 

Təbriz

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh