Svetofor ağacın arxasında gizlənib, nişanlar isə yoxdur - SÜRÜCÜLƏR ŞİKAYƏT EDİR - VİDEO

Paytaxtın Binəqədi şosesində hərəkətin təşkili ilə bağlı mövcud olan ciddi nöqsanlar həm sürücülər, həm də digər yol hərəkəti iştirakçıları üçün təhlükəli vəziyyətlər yaradır. Bu barədə sürücülərdən biri qeydə aldığı videogörüntünü Avtosfer.az-ın qaynar xəttinə göndərərək problemin ictimailəşdirilməsini istəyib.
Sözügedən problemin mahiyyəti ondan ibarətdir ki, yolayrıcında yerləşdirilmiş svetofor obyekti ağacın arxasında tamamilə gizlənib. Nəticədə, bu istiqamətdə hərəkət edən sürücülər svetoforu yalnız yolayrıcına yaxınlaşdıqdan sonra son anda görürlər. Bu isə təhlükəli vəziyyətlərə, qəza riskinin artmasına və yol hərəkəti qaydalarının pozulmasına səbəb olur. Xüsusilə bu yoldan ilk dəfə istifadə edən sürücülər svetoforun mövcudluğundan xəbərsiz olduqları üçün bilmədən qırmızı işıqda hərəkət edirlər. Belə hallar isə qəzalara yol açma risklərini artırır.
Digər mühüm problem isə yol nişanlarının çatışmazlığı ilə bağlıdır. Belə ki, qeyd edilən svetoforda sola dönmək üçün əlavə bir bölmə mövcuddur. Lakin zolaqlar üzrə hərəkəti bildirən 5.8.1 nişanları olmadığı üçün sürücülər hər iki zolaqda hərəkətin düzünə icazə verildiyini düşünürlər. Sol zolaqla hərəkət edən sürücülər yolayrıcına çatan zaman məlum olur ki, bu zolaqdan yalnız sola dönməyə icazə verilir. Məcburi şəkildə sağ zolağa yerdəyişmə etməyə çalışan zaman isə yolda sıxlıq yaranır.
Qanunvericiliyə əsasən, bu cür intensiv hərəkət olan yollarda zolaqlar üzrə hərəkəti bildirən 1.18 nişanlanma xətti 2-3 dəfə təkrarlanmaqla yola çəkilməli, 5.8.1 nişanları isə 50-100 metr əvvəldən quraşdırılmalıdır.
Sürücülərin təhlükəsizliyi və yol hərəkətinin düzgün təşkili üçün bu cür nöqsanların vaxtında aradan qaldırılması vacib hesab olunur.
Qeyd: Bu material Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Jurnalistika və İnkişaf Mərkəzi” İnkişaf Birliyi tərəfindən həyata keçirilən “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı layihə çərçivəsində hazırlanmışdır. Materialda qeyd edilən fikir və mülahizələr Agentliyin rəsmi mövqeyini əks etdirmir.

Müəllif: Səfər Əlizadə
Bu yol nişanlarının tələblərini bilməyənlər qəza şəraiti yaradır – EKSPERT - FOTO
Səməd Vurğun heykəlinin önünə velosiped zolağının çəkilməsi təklif edilir - FOTO
Gəncə şəhərində turistik nişanlanma işləri həyata keçirilib - FOTOLAR
Ağacın arxasında qalan nişan sürücüləri qayda pozmağa vadar edir - VİDEO
Magistral yolların təhlükəsizliyinə kölgə salan çatışmazlıqlar nələrdir? – Ekspert AÇIQLADI
“Dəniz Mall”un ətrafına mobillik zolağı çəkilir - FOTO
Bu ölkədə işıqforlara 4-cü rəng əlavə edilir; səbəb bu imiş
Yasamalda bu küçədə velosiped zolağı salınır - FOTO
Piyadaların diqqətinə: Bu yolda işıqfora əlavə bölmə quraşdırılıb - VİDEO
Bu yolda sağ zolaqda dayanarkən diqqətli olun; düzünə hərəkət qadağan edildi - VİDEO
Bakı küçələrinə döşənən bordürlər 7 il sonra yararsız hala düşür – ŞİKAYƏT - FOTO








