Svetoforlarda velosiped bölməsi – Polis cərimə yazmadıqca qayda pozanlar çoxalır - VİDEO

Bakıda velosiped və kiçik elektrik nəqliyyat vasitələrini idarə edənlərin təhlükəsizliyini gücləndirmək məqsədilə şəhərin 47 yolayrıcında mövcud svetoforlara 115 ədəd velosiped bölməsi quraşdırılıb və istifadəyə verilib. Bu, həm sürücülər, həm də piyadalar üçün hərəkətin daha nizamlı və təhlükəsiz olmasına imkan yaradır.
Nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, bu addım vacib və zəruridir:

“Hər bir hərəkət iştirakçısının yollarda davranışının düzgün tənzimlənməsi həyati əhəmiyyət daşıyır. Əgər skuter sürəni, velosipedçini, moped sürəni, həmçinin, piyadaları sərbəst buraxsaq yolda xaos yaranır. Yeni bölmələr vasitəsilə hər kəs üçün ayrıca zolaq və hərəkət hissəsi müəyyən edilibsə, bu sahələrdə hərəkət mütləq qaydalara uyğun tənzimlənməlidir. Yəni avtomobilə nisbətdə üstünlük hər zaman yalnız velosipedə verilməməli, skuter və mopedlərlə qarşılıqlı balans qorunmalıdır. Piyadalar üçün də eyni prinsip keçərlidir”.
Bu səhvi təkrarlayan sürücülər qəzadan qaça bilmir – Mütəxəssisdən TÖVSİYƏ - VİDEO
Ekspert əlavə edib ki, quraşdırılmış qurğuların istifadəsi hələ də ciddi nəzarət tələb edir:
“Məsələn, skuter sürənlər qırmızı işıqda keçirlər, sağa-sola baxaraq yolu boş görən kimi svetofora fikir vermədən hərəkət edirlər. Onların məsuliyyəti var, amma praktikada nə yol polisi, nə post-patrul xidməti onları cərimələyir. Ona görə də sürücülər qaydaları pozmağa davam edirlər. Əvvəllər mopedçilərə dəfələrlə xəbərdarlıq olunub ki, zolaqlara riayət etsinlər, səkidə sürməsinlər, piyadalara təhlükə yaratmasınlar. Amma söz eşitmədilər. Nəticədə sərt cəzalar tətbiq olundu. İndi moped sürücülərinə sürücülük vəsiqəsi tələb olunur, mopedin qeydiyyatı və dövlət nişanı qanunla müəyyən edilib, hətta avtoxuliqanlıq maddəsi ilə həbs edilə bilərlər”.
Elməddin Muradlı vurğulayıb ki, son dövrlərdə skuterlərlə bağlı qəzalar, hətta ölüm hadisələri artıb: “Xüsusən, yeniyetmələr və gənclər həyatını itirir. Yollarda hərəkəti tənzimləmək üçün xüsusi texniki vasitələr dövlətin milyonlarla vəsaiti hesabına təmin olunur, insanların həyat və sağlamlığı üçün tətbiq edilir, amma qaydalara əməl olunmadıqda bütün səylər boşa çıxır. Diqqətli olmaq lazımdır."
Eltac Zülfüqaroğlu
Bu küçədə yol nişanı bir aydır qəzalı vəziyyətdədir - ŞİKAYƏT VAR - VİDEO
Bakıda yeni yol nişanları quraşdırılıb; sağa həmişə icazə var - FOTO
Bu yolda dəyişiklik edildi - Yeni svetoforlar quraşdırıldı - FOTOLAR
Bakı-Sumqayıt yolundakı zolaq avtobusu tıxacdan belə xilas edir - VİDEO
Universitetin önündə səki kəsilib, yol çiyni düzəldilib, istifadə edilmir - FOTO
Nişanın biri sol dönməyə icazə verir, digəri isə qadağan edir - VİDEO
Bakı-Şamaxı yolunda eyni nişanlar niyə iki dəfə basdırılıb? - VİDEO
Bu yolda hərəkətin təşkilində dəyişiklik edilir - Sağa dönmək olacaq - RƏSMİ - VİDEO
Sürücülərin başına oyun açan nişan: Problemin asan həlli necə olmalıdır? - VİDEO
Yolun təşkili biabırçı durumdadır: Keçidin yanında “özbaşına dayanacaq” yaradılıb - VİDEO
Bu kəsişmədə sürücülər qaydanı açıq-aşkar pozur: Nişanı saymayıb yolu iflic edirlər - VİDEO











