Yol polisi bu yolda 4 radar QURAŞDIRACAQ - Sürücülərə MÜRACİƏT

Biləsuvar-Bəhrəmtəpə yolunda qəzaların qarşısının alınması məqsədilə 4 ədəd xüsusi texniki qurğu quraşdırılacaq.
Avtosfer.az xəbər verir ki, bunu “Report”a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.
O bildirib ki, Biləsuvar-Bəhrəmtəpə avtomobil yolu yenidən qurulub, müvafiq yol nişanları quraşdırılıb, nişanlama xətləri çəkilib, iki yerdə nəzarət-ölçü cihazı istismara verilib:
"Yolda ərazi polis orqanının Dövlət Yol Polisi tərəfindən sutkalıq xidmət aparılır, habelə Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə vaxtaşırı olaraq ərazidə qəzalılıq vəziyyəti öyrənilir, təhlükəli sahələrdə qabaqlayıcı tədbirlər görülür. Bununla yanaşı, hazırda bir sıra yollarda, o cümlədən Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda nizamlama vasitəsi qismində əlavə 4 ədəd xüsusi texniki qurğuların tətbiqi nəzərdə tutulub və yaxın vaxtlarda həmin vasitələrin quraşdırılmasına başlanılacaq”.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları xüsusilə sutkanın qaranlıq vaxtı, eləcə də məhdudiyyətli görünmə şəraitində diqqətli olmağa, yolda nəzərdə tutulmuş sürət həddini aşmamağa, qaydalara qeyd-şərtsiz əməl etməyə çağırır.
Bakı küçələrinə döşənən bordürlər 7 il sonra yararsız hala düşür – ŞİKAYƏT - FOTO
Xətaidə ziddiyyətli küçə: Nişan qadağan edir, yoldakı oxlar icazə verir - VİDEO
Duracağa qoyulan yol konusları taksi sürücülərinə maneə yaradır - VİDEO
Bu yolda avtobus zolağına girmək mümkün olacaq; sürücülərə ŞAD XƏBƏR – RƏSMİ
Vətəndaş işıqfordan şikayət etdi; NİİM operativ şəkildə düzəltdi – VİDEO+FOTO
Kənar Dairəvi yola çıxmağa çalışan sürüclər əks yola çıxdı - VİDEO
Magistral yolun işıqlandırılmaması piyadaların ölümünə səbəb olur – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Yasamaldakı bu yola işıqfor quraşdırıldı - FOTO
Bu ərazidə kameralar nişanı görməyən sürücüləri cərimələyir – ŞİKAYƏT - VİDEO
Sürücünün yolda hərəkətin təşkili ilə bağlı iradına RƏSMİ AÇIQLAMA - VİDEO
Paytaxtın ən müasir ərazisində mobillik zolağı yoxdur - FOTO











