Yolun təşkili biabırçı durumdadır: Keçidin yanında “özbaşına dayanacaq” yaradılıb - VİDEO

Paytaxtın Sabunçu rayonu, Yeni Ramana qəsəbəsinin Şuşa şəhərciyində yolun təşkili ilə bağlı ciddi problem müşahidə olunur.
Kanalizasiya lyukunun qapağı oğurlandı, qurum həmin gecə təmin etdi - VİDEO
İzləyicilərdən biri bununla əlaqədar Avtosfer.az-ın “Instagram” ünvanına foto və video göndərərək vəziyyət barədə ətraflı məlumat verib.
Şikayətçinin sözlərinə görə, ərazidə dayanacaq nişanı ümumiyyətlə yoxdur, lakin avtobuslar piyada keçidinə bir neçə addımlıq məsafədə dayanaraq sərnişin mindirib-düşürür. O bildirib ki, sürücülər özləri üçün qanunsuz “dayanacaq” müəyyən ediblər: “Avtobus sürücüsünə yaxınlaşıb soruşdum ki, bu sizin qanuni dayanacağınızdırmı? Elədirsə nişan hanı? O isə “yox, özümüz dayanırıq’” cavabını verdi”.
İzləyici qeyd edib ki, yolun birtərəfli və ya ikitərəfli olması belə dəqiq bilinmir. Avtobuslar dayanacaq kimi istifadə etdikləri zolağı tam tutduqları üçün eyni istiqamətdə hərəkət edən avtomobillər məcburən əks yola çıxırlar. Bu isə həm sürücülər, həm də piyadalar üçün ciddi təhlükə yaradır.
Şikayətçi əlavə edib ki, yolun qarşı tərəfində məktəb yerləşməsinə baxmayaraq, ərazidə “Diqqət, uşaq var” nişanı belə quraşdırılmayıb: “Avtobusun önündən keçib övladımı məktəbə aparanda eyni istiqamətdən gələn avtomobili görmədik, az qala bizi vuracaqdı. Çünki avtobus demək olar ki, piyada keçidinin üzərində dayanır və digər zolaqdan gələn maşınlar görünmür. Onlar da piyadanı görmədiyi üçün vaxtında tormozlaya bilmir.”
O, məsələ ilə bağlı DYP və AYNA-ya müraciət etdiklərini, lakin hələ də heç bir tədbir görülmədiyini vurğulayıb.
Nərmin
Nişanın biri düzünə icazə verir, o biri isə qadağan edir - VİDEO
Bu yol nişanlarının tələblərini bilməyənlər qəza şəraiti yaradır – EKSPERT - FOTO
Səməd Vurğun heykəlinin önünə velosiped zolağının çəkilməsi təklif edilir - FOTO
Gəncə şəhərində turistik nişanlanma işləri həyata keçirilib - FOTOLAR
Ağacın arxasında qalan nişan sürücüləri qayda pozmağa vadar edir - VİDEO
Magistral yolların təhlükəsizliyinə kölgə salan çatışmazlıqlar nələrdir? – Ekspert AÇIQLADI
“Dəniz Mall”un ətrafına mobillik zolağı çəkilir - FOTO
Bu ölkədə işıqforlara 4-cü rəng əlavə edilir; səbəb bu imiş
Yasamalda bu küçədə velosiped zolağı salınır - FOTO
Piyadaların diqqətinə: Bu yolda işıqfora əlavə bölmə quraşdırılıb - VİDEO
Bu yolda sağ zolaqda dayanarkən diqqətli olun; düzünə hərəkət qadağan edildi - VİDEO










