«06» yol polisi ilə toqquşaraq iki yerə papçalandı – DYP-dən açıqlama - FOTO

Xəbər verdiyimiz kimi, avqustun 19-da, səhər saatlarında Bakı-Şamaxı yolunda Yol-Patrul Xidməti avtomobilinin iştirakı ilə yol qəzası baş verib. Saat 08:30-da Dövlət Yol Polisi İdarəsinin Şamaxı-Mərəzə postunun yaxınlığında «VAZ-2106» markalı avtomobil iki avtomobillə toqquşub. Zərbə o qədər güclü olub ki, «VAZ» iki hissəyə parçalanıb. Onun vurduğu avtomobillərdən biri DYP-yə məxsus «BMW» markalı, 99 YP 822 dövlət nömrə nişanlı patrul maşınıdır.
Baş Dövlət Yol Polisi İdarəsi hadisə ilə bağlı Avtosfer.az-a açıqlama verib. İdarənin ictiami əlaqəlar höbəsindən verilən açıqlamada bildirilir ki, hadisə DYP əməkdaşlarının günahı olmayıb. Belə ki, «VAZ-2106» markalı avtomobilin sürücüsü köməkçi yolla hərəkətdə olub və əsas yola çıxarkən yaxınlaşmaqda olan DYP avtomobilini gözləmədən onun yoluna çıxıb. DYP avtomobili illə toqquşmadan sonra yola tam çıxan «VAZ» əks istiqamətdə hərəkət edən «VAZ-2107» markalı avtomobillə də toqquşub. Zərbənin gücündən «06» iki hissəyə parçalanıb. DYP-dən verilən məlumatda bildirilir ki, qəza nəticəsində hər üç avtomobilə ciddi ziyan dəyib, «06»nın sürücüsü isə xəsarət alıb. Hazırda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
Elmin
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO















