10 dəqiqədə iki cərimə yazılan sürücü sonra həbs edildi - Polisi söyüb, özünü yandırmaq istəyib... - VİDEO
Yol polisi 8 Aprel 2021 12:21 Oxunub 19004
10 dəqiqədə iki cərimə yazılan sürücü sonra həbs edildi  - Polisi söyüb, özünü yandırmaq istəyib... - VİDEO

Dünən sürücü Həbillayev Rəfael Əliyar oğlu idarə etdiyi 90 XY 272 dövlət nömrə nişanlı avtomobildə hərəkət zamanı təhlükəsizlik kəmərindən istifadə etməyib. Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində 99 YP 366 dövlət nömrə nişanlı YPX avtomobili ilə xidmət aparan inspektor sürücünü saxlayıb və barəsində inzibati qaydada protokol tərtib edib. Təxminən 10 dəqiqə sonra yenidən həmin ərazidə saxlanılan sürücü işıq göstəricilərindən düzgün istifadə etmədiyi üçün inspektor tərəfindən cərimələnib. Sürücü isə buna etiraz edib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, sürücü nalayiq ifadələr işlədib, polisin şərəf və ləyaqətini təhqir edib. Daha sonra sürücü Azneft meydanına gələrək orada maşının və özünün üzərinə benzin tökərək yandırmağa cəhd etsə də, yol polisləri buna imkan verməyiblər.
Bundan sonra avtomobil yenidən saxlanılıb, aidiyyəti üzrə Yasamal rayon 28-ci polis bölməsinə gətirilib. İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə ittiham olunan sürücü barəsində protokol tərtib olunub. Toplanmış materiallar əsasında məhkəmə sürücünün İnzibati qaydada 10 gün müddətində həbs olunması barədə qərar qəbul edib.

Sürücü özü də etiraf edib ki, etdiyi hərəkətlər səhvdir və bundan başqalarının nümunə götürməsinin tərəfdarı deyil. Cərimə protokollarına qanuni yolla etiraz etmək daha faydalı olardı.

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh