1000-dən çox sürücü cərimələndi - Xüsusi zolağa görə

Mayın 5-dən bu günə qədər IV İslam Həmrəyliyi ilə əlaqədar paytaxt yollarında qadağan olunmuş xüsusi zolağa daxil olan 1000-dən çox sürücü cərimələnib. Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, paytaxt yollarında bəzi hallarda yol polislərinin icazəsi ilə sürücülərin həmin zolaqlara çıxmasına icazə verilir: "Ərazidə tıxac və sıxlıqlar yaranmasın deyə bəzi hallarda yol polisləri sürücüləri həmin zolaqlara yönəldir və bu halda onlara protokol tərtib olunmur. Digər hallarda icazəsiz zolağa daxil olan avtomobillərin sürücüləri cərimələnir". K.Əliyev bildirib ki, paytaxt sürücülərinə bununla bağlı müraciət edəndən sonra onlar qaydalara riayət edirlər.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












