23 ildir qayda pozmayan sürücünü Vaqif Əsədov saxladı - VİDEO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov paytaxtda avtomobil idarə edən nümunəvi sürücülər barədə danışıb. O, unikal.org-a açıqlamasında deyib ki, paytaxt üzrə sürücülərin 30 faizini nümunəvi hesab etmək olar: "Bu, artıq yaxşı faktdır. Yol polisi tərəfindən görülən işlər nəticəsində belə bir rəqəm ortaya çıxıb. Özüm qayda pozuntusuna görə cərmələdiyim sürücülər arasında da buna rast gəlmişəm. Bir dəfə sürücü avtomobilindən düşdü və bildirdi ki, 23 ildir maşın sürür, ilk dəfədir mən onu saxlayıram. Gördüm ki, sənədləri də qaydasındadır. Hesab edirəm ki, son 20 il ərzində avtomobilini idarə edən kifayyət qədər nümunəvi sürücü var və onların idarə etikləri avtomobillər yol polisi tərəfindən nə saxlanılıb, nə də həmin sürücülər inzibati məhsuliyyətə cəlb edilib”. Qeyd edək ki, Türkiyə mətbuatında polis tərəfindən cərimələnməsinə sevinən sürücü barədə yayılan xəbər hər kəsin marağına səbəb olub. Belə ki, ömründə ilk dəfə polis tərəfindən saxlandığını və cərimələndiyini deyən Adıyamanlı Mustafa Karatürk fikirlərini belə izah edib: "İlk dəfədir polis tərəfindən cərimələndim. O da qayda pozuntusuna görə deyil, avtomobilimin sığortası gecikdiyi üçün”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












