6 nəfəri xilas edən polis: "Uşaqların çığırtısı hələ də qulağımdadır"

“Gecə saat 4 idi. Mən işdən, daha doğrusu növbədən qayıdırdım. Pervomaysk küçəsini keçəndə gördüm ev yanır. Əvvəl yanğınsöndürənlərə zəng elədim. Gördüm gecikirlər, içəri atıldım”. Avtosfer.az xəbər verir ki, bu sözləri Lent.az-a Rusiyanın Sverdlovsk vilayətin Zareçnı rayon polis idarəsinin yol polis müfəttişi, polis kiçik leytenantı Baxış Kərimov deyib. Baxış Kərimovun adı artıq neçə gündür Rusiyanın internet məkanında hallanır. O, adı çəkilən qəsəbədə yanan evdən 4 uşağı və onların valideynlərini xilas edib. Baxış bildirib ki, o, Yekaterinburqda anadan olub. 25 yaşı var. 4 ildir ki, yol polis müfəttişi işləyir. “Evin qapısı bağlı idi. Sındıra bilmədim. Bundan sonra pəncərələri qırıb içəri keçdim. Ata və ana başqa otaqda yatmışdılar, uşaqlar başqa. Əvvəlcə onları oyatdım. Baş verənlərdən şokdaydılar. Uşaqların çığırtısı isə hələ də qulağımdadır. Valideynləri bayıra çıxarandan sonra uşaqlar olan otağa keçdim. Artıq alov da güclənirdi. Tüstüdən göz- gözü görmürdü. Uşaqları bir-bir çıxarıb pəncərədən valideynlərinə verirdim. Sonuncu uşağı çıxaranda artıq alov evi bürümüşdü. Bir təhər özümü və onu xilas edə bildim. Yanğınsöndürənlər gələndə isə artıq gec idi. Ev tam alovun içindəydi” - deyə Baxış deyib.
Həmyerlimizin bildirdiyinə görə, noyabrın 10-da Rusiyada polis günüdür. Vilayət səviyyəsində qeyd ediləcək həmin gündə Baxış dövlət tərəfindən mükafatlandırılacaq. “Bilmirəm, nə mükafat verəcəklər, əslində bu mənim üçün önəmli deyil. Əsas odur ki, mən insanlıq borcumu yerinə yetirib 6 nəfərlik ailəni xilas etmişəm”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












