Abşeronda DYP əməkdaşları piyada və taksi sürücülərinə qarşı reyd keçirib - VİDEO

Abşeron rayonunda Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən Xırdalan şəhərinin müxtəlif nöqtələrində qanunsuz fəaliyyət göstərən taksi sürücülərinə qarşı və piyada keçidlərindən istifadə etməyən şəxslərin maarifləndirməsi məqsədilə reydlər təşkil edilib.
Avtosfer.az xəbər verir ki, şəhərin müxtəlif küçə və prospektlərində piyadaların təhlükəsizliyini təmin etmək, bu istiqamətdə maarifləndirmə işini gücləndirmək, vətəndaşlar arasında təbliğat işinin aparılması və tədbir zamanı yol polislərinin diqqət mərkəzində olub. Reyd zamanı piyadalar yol hərəkəti qaydalarını pozduqları üçün saxlanılıb. Onların hər biri ilə maarıfləndirici söhbətlər aparılıb, yol hərəkəti haqqında qanuni tələbləri, piyadaların hüquq və vəzifələri barədə məlumatlar verilib. Qanunsuz taksi fəaliyyəti göstərən sürücülər, eləcə də öz həyatlarını təhlükəyə ataraq avtomobil yolunu düzgün keçməyən piyadalar barəsində inzibati protokollar tərtib edilib.
Əsasən maarifləndirmə və tərbiyəvi xarakter daşıyan reydlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
Nərminə Əli
General-mayor Ramiz Zeynalovun yubileyidir - 75 yaşı tamam oldu
Polis valideynlərə çağırış etdi - VİDEO
Bu cür qayda pozuntuları ölümə aparır - DYP-dən bu sürücülərə XƏBƏRDARLIQ
Maşını texniki baxışdan keçirmək istəyənlərin nəzərinə - Şad xəbər - VİDEO
Yol polisi orta məktəblərdə uşaqların suallarını cavablandırdı - FOTOLAR
DYP maşını yol kənarlarına atıb gedən yük avtomobili sürücülərinə çağırış etdi - VİDEO
Yol polisi Sabunçuda uşaqlarla maraqlı görüş keçirdi - Patrul maşını ətrafında müzakirə - FOTOLAR
DYP dumanlı havaya görə hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Yolun hərəkət hissəsinə çıxmayın - DYP-dən piyadalara ÇAĞIRIŞ - VİDEO
"Avtoş"lar, sərxoşlar və digər qayda pozan sürücülər cəzalandırıldı - Nəsimidə reyd - FOTO - VİDEO
"Bu, sürücülərin əsas vəzifəsidir" - Yol polisindən xəbərdarlıq










