Ağır qəza yenidən bu təhlükəni gündəmə gətirdi – DYP-dən XƏBƏRDARLIQ

Zərdab–Ağcabədi avtomobil yolunda minik avtomobili ilə traktorun toqquşması nəticəsində 5 nəfərin həyatını itirməsi, 2 nəfərin isə xəsarət alması yol hərəkəti təhlükəsizliyi məsələsini bir daha gündəmə gətirib.
Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev bildirib ki, xüsusilə kənd təsərrüfatı texnikalarının yollarda hərəkəti zamanı təhlükəsizlik tələblərinə ciddi əməl olunmalıdır.
Onun sözlərinə görə, traktor və qoşqulu nəqliyyat vasitələrini idarə edən şəxslər texnikanın sazlığını təmin etməli, işıq cihazlarından və işıqəks etdirən tanınma vasitələrindən düzgün istifadə etməlidirlər.
Rövşən Tağıyev minik avtomobillərinin sürücülərinə də müraciət edərək sürəti yol şəraitinə uyğun seçməyə, təhlükəsiz ara məsafəsi saxlamağa və riskli manevrlərdən çəkinməyə çağırıb.
“Yollarda bir anlıq diqqətsizlik belə geri dönüşü olmayan nəticələrə səbəb ola bilər. Kənd təsərrüfatı texnikalarını, o cümlədən traktor və qoşqulu nəqliyyat vasitələrini idarə edən şəxslər texnikanın sazlığını təmin etməli, işıq cihazlarından və işıqəks etdirən tanınma vasitələrindən düzgün istifadə etməlidirlər. Minik avtomobillərinin sürücüləri isə sürəti yol şəraitinə uyğun seçməli, təhlükəsiz ara məsafəsi saxlamalı və riskli manevrlərdən çəkinməlidirlər”, – deyə şöbə rəisi bildirib.
O, Zərdab–Ağcabədi yolunda baş verən qəzada həyatını itirən şəxslərin ailələrinə və yaxınlarına başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.
Eltac Zülfüqaroğlu
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












