Ali Məhkəmə polisi öldürən azərbaycanlının cəzasını azaltmadı

Rusiya Ali Məhkəməsi Moskvada polisi qətlə yetirən azərbaycanlı Xəlil Sarıyev barəsində çıxarılmış ömürlük azadlıqdan məhrumetmə hökmünü qüvvədə saxlayıb. APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Rusiya Baş Prokurorluğunun saytında yerləşdirilib. Məlumatda bildirilir ki, Moskva Şəhər Məhkəməsi bu il yanvarın 13-də Xəlil Sarıyevi polisin ölümündə təqsirli bilərək, ömürlük azadlıqdan məhrum edib. Müdafiə tərəfi hökmdən şikayət verib. Lakin şikayət üçün dəlillər Rusiya Baş Prokurorluğu tərəfindən rədd edilib və Ali Məhkəmənin cinayət məsələləri üzrə məhkəmə kollegiyası vəkillərin apelyasiya şikayətini rədd edərək hökmü qüvvədə saxlayıb. Məhkəmə hökmündə bildirilir ki, 2014-cü il aprelin 6-da Xəlil Sarıyev qətldə şübhəli bilindiyinə görə axtarışda olan tanışı ilə Moskvadakı mənzilində olan vaxt polislər mənzilə gəlib. Polislər şübhəli şəxsi yaxalamaq istəyərkən X. Sarıyev onlara mane olmağa çalışıb və polislərdən birinə ov tüfəngindən atəş açıb.
Polis kapitanı Sergey Jadobkin aldığı güllə yarasından ölüb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












