"Allah haqqı çox içməmişəm, 50-cə qram" - Reyddə maraqlı anlar - VİDEO

Sərxoş halda sükan arxasında əyləşərək özü, sərnişinləri və ətrafdakılar üçün təhlükə yaradanlar bu dəfə də yol polisi əməkdaşlarının hədəfində olub. Avtosfer.az ARB-yə istinadla xəbər verir ki, Göygöldə keçirilən reyd zamanı spirtli içki qəbul edən sürücülərlə qanun keşikçiləri arasında mübahisə də yaranıb. Yol polisinin mütəmadi profilaktik tədbirlərinə baxmayaraq, hələ də bəzi şəxslərin spirtli içki qəbul edərək nəqliyyat vasitələrini idarə etməsi hallarına rast gəlinir.
Bu görüntüləri operator Gəncə-Toğanalı avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində çəkib. Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının xüsusi bölüyünün və 8-ci tağımın əməkdaşlarının reydi nəticəsində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 13 nəfər akşar olunub. Onlar inzibati məsuliyyətə cəlb edilib.
Yol polisləri həmçinin yol-hərəkəti qaydalarını pozan, avtomobili sənədsiz idarə edən sükan sahiblərinə qarşı da barışmaz mövqe tutublar. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə yol hərəkəti qaydalarının tələblərinə ciddi əməl etməyi, xüsusən də sərxoş vəziyyətdə sükan arxasına keçməməyi tövsiyə edir.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












