Arvadını bıçaqlayan şəxs DYP-dən qovulubmuş - Rəsmi açıqlama

Baş Dövlət Yol Polisi İdarəsi dünən Bərdə rayonunda yol polisi əməkdaşının öz arvadını bıçaqlaması barədə yayılan xəbərə münasibət bildirib. İdarənin şöbə rəisi Kamran Əliyev Avtosfer.az-a bildirib ki, Bərdə rayon Yol Polisi Bölməsinin inspektoru Sevindik Şəmşir oğlu Məmmədovun həyat yoldaşını bıçaqlaması barədə məlumat araşdırılıb: “Bildiririk ki, Bərdə rayon DYP Bölməsində belə bir insan çalışmır. Yol poisində Şükürov Sevindik Şəmşir oğlu adlı əməkdaş olub ki, o da Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayında işləyib. Lakin xidmətdə yol verdiyi ciddi nöqsanlara görə bir neçə il öncə daxili işlər orqanlarından xaric edilib”.
Qeyd edək ki, xəbəri “Report” saytı yayıb. Bildirilir ki, Bərdə rayonunda polis əməkdaşı həyat yoldaşını bıçaqlayıb. Hadisə rayonun Əliyanlı kəndində baş verib. Kənd sakini Sevindik Şəmşir oğlu Məmmədov həyat yoldaşına bir neçə bıçaq xəsarəti yetirib. Yaralı qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisəni törədən şəxs polisə gedərək könüllü təslim olub. Faktla bağlı araşdırma aparılır.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












