Avtomobildə başlayan yanğını YPX əməkdaşları belə söndürdü - VİDEO

Paytaxt sakini Gülağa Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkətdə olarkən nəqliyyat vasitəsinin mühərrikində yanğın müşahidə edilib. Avtomobili getdikcə alovlanan sürücünün köməyinə yol polisi çatıb.
Avtosfer.az xəbər verir ki, ilk növbədə digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edən YPX Alayının əməkdaşlarının çevikliyi sayəsində şiddətlənən alov söndürülüb, avtomobilin tamamilə yanaraq sıradan çıxmasının qarşısı alınıb.
Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə yay aylarında analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha sürücülərdən avtomobillərinin texniki sazlığını daim diqqət mərkəzində saxlamağı, uzaq səfərlərdən öncə onları texniki müayinədən keçirməyi xahiş edir.
Çıxılmaz vəziyyətə düşməməyi, zərərə uğramamağı və ən önəmlisi sağlamlığımızın güvəndə olmasını arzu ediriksə yaşanan acı təcrübələri unutmamalıyıq!
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












