“Avtomobilimi sığortalamışam ki, cərimə olunmayım” – VAQİF ƏSƏDOV

Bu ilin on ayında icbari sığortasız 800-ə yaxın avtomobil sahibi cərimələnib. Bunu Fins.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov deyib. Artıq sığortası olmayan avtomobili saxlayıb inzibati protokol yazmağa ehtiyac yoxdur: “Əgər avtomobil sığortalanmayıbsa, hərəkətdə olduğu zaman kamera onu aşkar edir və dərhal cərimə edir”. O bildirib ki, bununla belə avtomobilini könüllü qaydada icbari sığortalayanların sayı artıb.
V.Əsədov deyib ki, avtomobilllərin könüllü qaydada sığortalanması baş verə biləcək yol nəqliyyat hadisələrində sürücü polis münasibətlərinin gərginləşməməsi, sürücülər arasında narazılığın yaranmaması, dəymiş maddi zərərin qarşılanması deməkdir. Ona görə də belə narazılıqlara səbəb olmaqdansa könüllü olaraq avtomobillərini sığortalamaq məsləhətdir.
V.Əsədov bildirib ki, öz şəxsi avtomobilini də icbari qaydada sığortalayıb: “Qanunun tələbindən əlavə, avtomobilimi sığortalamışam ki, cərimə olunmayım və hər hansı bir hadisə ilə bağlı problemlə üzləşməyim”. O bildirib ki, avtomobilini könüllü qaydada sığortalamağa imkanı olmayıb:“Avtomobilə qarşı çox diqqətciləm.Ona görə ehtiyac görmürəm”.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












