Avtomobilini bu işıqlarla bəzəyənlər cərimələnəcək - VİDEO

Gənc sürücülərin daha çox üstünlük verdiyi ''Led'' lampalar ''ksenon'' kimi gecə vaxtı ətrafı ağ rəngə boyayır. Avtosfer.az xəbər verir ki, son vaxtlar sözügedən lampalar o qədər sürətlə yayılıb ki, bazarda satıcılar da təlabatın çox olduğunu deyirlər. Satıcıların sözlərinə görə, gün boyu həmin lampadan 5-6, həftə sonu isə 15 cüt satılır.
Satıcılar deyir ki, ''led'' lampaların heç bir təhlükəsi yoxdur. ''ksenon''dan fərqli olaraq lampa qızma və yaxud da yanma riski yaratmır.
Ustalar isə deyir ki, bu cür lampaları alarkən onun voltuna diqqət etmək lazımdır. Yəni maşının üstündəki lapmanın voltundan artıq qoymaq istənilən halda avtomobil üçün təhlükədir. Alıcıların əksəriyyəti isə bu cür ağ vuran işıqların gecə vaxtı yaxşı görsəndiyi üçün aldıqlarını deyirlər.
Bəs bu lampanın qanunla istifadəsinə necə icazə varmı?
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, "Yol hərəkəti haqqında" qanunun 1 saylı əlavəsinin 3-cü bəndinə görə, xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. Həmçinin, qanun ön fənərlərin ağ, sarı, narıncı rənglərdən başqa digər rəngdə olmasını qadağan edir. İşıqqaytarıcılar isə mütləq ağ rəngdə olmalıdır. Arxa fənərlərdə isə geriyə hərəkət fənəri yalnız ağ, qeydiyyat nişanı işığı yalnız ağ, arxa "stop"lar yalnız qırmızı, dönmə və duman fənərləri narıncı və sarı rəngdə olmalıdır.
Bölmə rəisi bildirib ki, əgər sadalanan bu tələbləri hansısa sürücü pozarsa o, inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə 150 manat məbləğində cərimə ediləcək.
Satıcıların sözündən belə çıxır ki, bu lampalar qarşıdan gələn nəqliyyat vasitələrinin sürücülərinin görməsinə də mənfi təsir yaratmır. amma istənilən halda bu tip lapmpalarla bağlı sastıcıların dediyi əsas kimi götürülə bilməz. həmin lampaların texniki göstəriciləri baş dövlət yol polisi idarəsinin texniki baxış şöbəsində yoxlanılmalı və müvafiq rəy verilməlidir.
Şəmkirdə 5 nəfərin öldüyü QƏZA: Rövşən Tağıyev sürücülərə səsləndi
Azərbaycanlı uşaqlar Qazaxıstanda yol hərəkəti ilə bağlı biliklərini nümayiş etdirir - FOTO
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO










