Avtomobilinizin nömrəsi bu formada olarsa, DYP sizi SAXLAYACAQ - VİDEO

Avtomobilin dövlət qeydiyyat nişanı yararsız olan sürücülərə xəbərdarlıq edilib.
Törədilə biləcək hər hansı bir inzibati xəta zamanı xüsusi texniki vasitələr nömrəni dəqiq qeydə almaqda çətinlik çəkir və yaxud elektron protokol başqa bir şəxsə tərtib olunur.
Belə faktların qarşısını almaq məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib. İdarənin əməkdaşı Elvin Hacıyev deyir ki, sürücülər nəqliyyat vasitələrinin nömrə nişanına mütəmadai olaraq nəzarət etməlidirlər.
Adətən avtomobilin dövlət qeydiyyat nişanında hərf, rəqəm və bayrağın zədələnməsi avtoyuma məntəqələrində şırnaqlı suyun yaxından vurulması zamanı olur. Əgər nömrə nişanları normada nəzərdə tutulan standartların tələblərinə cavab verməsə, nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıq olduğuna görə həmin nəqliyyat vasitələri yol hərəkətindən kənarlaşdırılır. Yəni yol polisinin ixtiyarı var ki, həmin nəqliyyat vasitəsini saxlasın və onların istismarını qadağan etsin.
Qeyd edək ki, sürücü avtomobilinin qeydiyyat nişanında nasazlıq aşkar etdikdə ərazi üzrə qeydiyyat, imtahan mərkəzlərinə yaxınlaşıb, cütünə 50 manat ödəməklə yenisini ala bilər.
Yollar buz bağlayacaq - DYP-dən hava xəbərdarlığı
Salyanda “avtoş”luq edən sürücü HƏBS OLUNDU + VƏSİQƏSİ ALINDI - FOTO
Keçən il yol nəqliyyat hadisələrinin sayı azalıb – Nazirdən AÇIQLAMA
Vilayət Eyvazov kollegiya iclasında polisə ciddi tapşırıqlar verdi - "Çevik reaksiya verin" - FOTO
Abşeronda əyləci çəkib “şou” göstərən sürücü cərimələndi + vəsiqəsiz qaldı - VİDEO
Polis gücləndirilmiş rejimdə xidmətini davam etdirir - VİDEO
Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Yol polisi tədbirlər görür - FOTO - VİDEO
Əlverişsiz hava və yol şəraiti ilə bağlı DYP-dən ÇAĞIRIŞ
20 Yanvarla bağlı bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - DYP
Ağsu dolaylarında hərəkət təhlükəsizliyi təmin olunur, yollar açıqdır - FOTO - VİDEO
DİN-in şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO - VİDEO











