Avtomobillərin hərəkəti tam bərpa edildi - Bakıda

"Formula 1" yarışı ilə əlaqədar Bakıda tədbirin keçirildiyi ərazilərdə avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
V.Əsədov bildirib ki, artıq həmin ərazilərdə avtomobillərin hərəkəti tam təmin edilib, yollar açılıb: "Lakin yarışla əlaqədar bəzi yollarda quraşdırılan qurğular hələ də qalır. Həmin maneələrin sökülüb daşınması üçün vaxt lazımdır. Yollar açıq olsa da, yol hərəkəti qaydalarına uyğun xətlənmə və işarələnmə prosesi hələ başlamayıb. Həmin ərazidəki maneələr sökülüb daşınandan sonra avtomobil yolları xətlənərək istifadəyə veriləcək. Buna görə də sürücülərdən xahiş edirik ki, həmin ərazilərdə sürət həddinə nəzarət etsinlər".
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












