Avtoqəzalarda ölənlərin üçdə biri KƏMƏR BAĞLAMAYANLARDIR - DYP-dən XƏBƏRDARLIQ

Müasir avtomobillər uzun inkişaf yolu keçsələr də, passiv qoruyucu sistemə aid olan təhlükəsizlik kəməri bu gün də sürücü və sərnişinləri mühafizə edən əsas vasitələrdən biridir.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilib:
"Dəfələrlə təsdiq olunub ki, yol-nəqliyyat hadisələrində təhlükəsizlik kəmərini bağlayan sürücü və ya sərnişinlər, ondan istifadə etməyənlərlə müqayisədə daha yüngül xəsarət alırlar. Bir çox hallarda isə onlar məhz kəmər sayəsində sağ qalırlar.
Təəssüflə qeyd etməliyik ki, 2026-cı ilin ilk 3 ayı ərzində yol qəzalarında həlak olan sürücü və sərnişinlərin 33.6 faizi, yaralananların isə 29.1 faizi təhlükəsizlik kəmərini bağlamayan şəxslər olublar".
Nəzərə çatdırılıb ki, qanunvericiliyin tələbinə əsasən, bir neçə hal istisna olmaqla sürücü və sərnişinlər avtomobildə təhlükəsizlik kəmərini mütləq bağlamalıdırlar:
"Bununla yanaşı, sürücü hərəkətə başlamazdan əvvəl avtomobildə olan sərnişinlərin təhlükəsizlik kəmərlərini bağlamalarını təmin etməlidir. Yəni ən azından sürücü bu barədə sərnişinlərə xəbərdarlıq etməlidir.
Hərəkət vaxtı sərnişinlərinin təhlükəsizlik kəmərlərini bağlamalarına nail olan sürücü həm qanunun tələbini yerinə yetirir, həm də gələcəkdə özü üçün yarana biləcək hüquqi problemlərin qarşısını alır. Sərnişinlər də təhlükəsizlik kəmərini bağlamaqla özlərinin həyat və sağlamlıqlarını, sürücüləri isə hüquqi məsuliyyətdən sığortalamış olurlar".
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












