"Avtoş" sürücünün hərəkəti polkovniki dəhşətə gətirdi - VİDEO

Birtərəfli yolda əks istiqamətə çıxaraq sona qədər yüksək sürətlə hərəkət edən "VAZ-2107" markalı avtomobil sürücüsünün dəhşət saçan videosu yayılıb. Avtosfer.az-ın yaydığı videoda sürücünün qarşıdan gələn avtomobillərlə toqquşa biləcəyini dərk etsə də, buna məhəl qoymayaraq yolun hərəkət hissəsindən kənara çıxmadığı və sürəti artırdığı görünür. Onların spirtli içki və ya narkotik maddənin təsiri altında olduğu ehtimal edilir. Yayılan görüntülər barədə baku.ws saytına danışan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, videonu izləyərkən dəhşətə gəlib: “Bu videoya baxdım və dəhşətə gəldim. Bu insanlar təkcə özlərini deyil, həmçinin yolda olan digər sürücüləri də təhlükəyə atırlar. Onlar sanki, bu vəziyyətdən zövq alır və bunu böyük qəhrəmanlıq kimi təqdim edirlər. Bakı Şəhər Dövlət Yol Polis İdarəsi olaraq biz bu şəxslərin tutulub məsuliyyətə cəlb olunması üçün bütün vasitələrimizi səfərbər edəcəyik. Görüntüləri diqqətlə analiz edib, bu yolun harda olduğunu kameralar vasitəsilə dəqiqləşdirməyə çalışacağıq. Onların səsindən və görüntülərindən şəxsiyyətlərini müəyyənləşdirərək məsuliyyətə cəlb edəcəyik. Çünki insanların bu cür təhlükəli hərəkətləri onların təkcə özlərinə deyil, həmçinin də ətrafdakı digər günahsız insanların da həyatına son verə bilər. Biz həmçinin sürücüləri və sakinləri də belə insanlara qarşı diqqətli olmağa çağırır, şahidi olduqları bu cür qanun pozuntularını ictimailəşdirilməsində yardımçı olmağa səsləyirik”, - deyə Vaqif Əsədov bildirib.
Vaqif Əsədov daha sonra bu cür faktların aşkarlanmasında və yayılmasında KİV nümayəndələrinin əvəzolunmaz rolu olduğunu da vurğulayaraq, onlara öz təşəkkürünü bildirib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












