Azərbaycan polisi 1090 kq qaldırıb qızıl medal qazandı - FOTO

Noyabrın 2-dən 5-dək Moskvada pauerliftinq üzrə növbəti dünya çempionatı keçirilib. Yarışda bu idman növündə də favorit hesab olunan Azərbaycan millisi qatılaraq növbəti uğurunu qazanıb. Dünyanın ən güclü atletlərinin yarışında millimizin heyətində təmsil olunaraq qələbə uğrunda mübarizə aparan polis idmançılarından Samux RPŞ-nin inspektoru, polis kapitanı Rüfət Ağayev yarışın proqramına daxil olan çiyində ştanqla oturub qalxma hərəkətində 470 kiloqram, ştanqı qurşağadək dartmaqda 340 kiloqram, ştanqı sinədən qaldırma hərəkətində isə 280 kiloqramın öhdəsindən gəlməklə çəkisi 125 kiloqramadək olan, xüsusi təchizatla yarışan atletlər arasında ümumilikdə 1090 kiloqram nəticə ilə qızıl medal qazanıb, səkkizinci dəfə dünya çempionu adına sahib olub.
Səbail Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis baş serjantı Razim Hüseynov çəkisi 125 kiloqramadək olan təchizatsız yarışan idmançıların sırasında çiyində ştanqla oturub qalxma hərəkətində 345 kiloqram, ştanqı qurşağadək dartmaqda 330 kiloqram, ştanqı sinədən qaldırma hərəkətində isə 250 kiloqramın öhdəsindən gəlməklə ümumilikdə 925 kiloqram nəticə ilə millimizin medal mücrüsünə daha bir qızıl medal əlavə edib, dünya çempionu adını qazanıb.
İsmayıllı RPŞ-nin polis nəfəri, polis baş serjantı Kamil Qafarov çempionatda “bench press” - ştanqı sinədən qaldırma hərəkətində gücünü sınayıb. Çəkisi 90 kiloqramadək olan idmançıların mübarizəsində o, 240 kiloqram nəticə ilə bütün rəqiblərini geridə qoyub, altıncı dəfə dünya çempionu adını qazanıb.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mühafizə şöbəsinin əməkdaşı, polis serjantı Roman Əhmədov isə “deadlift”- ştanqı qurşağadək dartma hərəkətində yarışaraq, çəkisi 82 kiloqramadək olan idmançılar arasında 225 kiloqramı qaldırmaqla ikinci yeri tutub.
Xəyalə Məmmədova,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















