Azərbaycan polisi Belarusda bütün rəqiblərini məğlub etdi - Qızıl medal - FOTO

Azərbaycan idmanının dünya miqyasında təşkil olunan beynəlxalq yarışlarda tanınmasında daxili işlər orqanlarının əməkdaşlarının xüsusi rolu var. Əldə etdikləri nailiyyətlərlə daim bayrağımızı dalğalandıran və himnimizi səsləndirən idmançı polis əməkdaşları bu dəfə də ənənələrinə sadiq qalıblar. DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, dekabrın 1-dən 4-dək Belarusun paytaxtı Minsk şəhərində 7-ci "Döyüş Növlərinin Dünya Oyunları" yarışları keçirilib. Bu mötəbər idman yarışı ayrı-ayrı beynəlxalq federasiyaların birgə təşkilatçılığı ilə. Çempionatda 71 ölkədən 4000-nə yaxın idmançı 16 döyüş növündə öz güclərini sınayıblar.
Yarışda ölkəmizi Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin 5 idmançısı təmsil edib. Oyunların tərkibində keçirilən "Cui-Citsu" üzrə dünya çempionatında polis idmançılarımız bacarıq və peşəkarlıq nümunələri göstərərək yüksək nəticələr əldə ediblər. Bu sırada Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Eldar Abdullayev 86 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalını qazanıb. İdmançılarımızın nəticələri bununla yekunlaşmayıb. Çempionatda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının baş inspektoru, polis mayoru Həsən Əliyev 80 kiloqram çəki dərəcəsində və DİN-in İdman cəmiyyətinin inspektoru polis baş leytenantı Elşən İbişov 94 kiloqram çəki dərəcəsində final mərhələsinə qədər irəliləyərək gümüş medala sahib çıxıblar.
Azərbaycanı yarışlarda təmsil edən nümayəndə heyətinin rəhbəri əməkdar məşqçi Rəsul Məmmədov komandanın üzvləri adından yarış iştirakçılarına yaradılan şəraitə, diqqət və qayğıya görə DİN rəhbərliyinə, eləcə də respublikamızın Belarusiyadakı səfirliyinin əməkdaşlarına təşəkkürünü bildirib.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














