




Azərbaycan idmançısı Şəhriyar Hüseynzadə İtaliyanın Karara şəhərində oktyabrn 25-dən 30-na kimi keçirilən "Kungfu-Sanda" üzrə dünya çempionatında 90+ çəki dərəcəsində 18 nəfər arasında ikinci yeri tutub. Avtosfer.az xəbər verir ki, Şəhriyar Hüseynzadə finalda Fransalı idmançıya uduzaraq gümüş medala layiq görülmüşdür.İdmançımızı bu qələbə münasibətilə təbrik edirik.
Xatırladaq ki, Azərbaycan bayrağını İtaliyada yüksəklərə qaldıran idmançımız Şəhriyar Hüseynzadə Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseyinzadənin oğludur. O, Neftçala Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin axtariş üzrə əməliyyat müvəkkili, polis leytenantıdır.



