“Azərbaycan polisini döymək qeyri-mümkündür” - POLKOVNİK

“Əgər reallıqdan danışırıqsa, deyə bilərəm ki, xidməti vəzifəsinin icrası ilə məşğul olan polisə bəzən müqavimət göstərən (“döyən” yox) olur. Onda da polis qanunvericiliyin ona verdiyi səlahiyyətlər çərçivəsində müqavimət göstərənə qarşı adekvat güc tətbiq edərək onu zərərsizləşdirir”. Avtosfer.az xəbər verir ki, bu fikirləri virtualaz.org-a açıqlamasında DİN-in Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov polis əməkdaşlarının fiziki müqavimət göstərilməsi hallarına münasibət bildirərkən deyib. O vurğulayıb ki, Azərbaycan polisinə müqavimət göstərmək mümkündür, amma onu döymək olmaz: “Polislərimizin sağlamlığı, fiziki hazırlığı da bunu, demək olar ki, mümkünsüz edir. Azərbaycan polisi ölkəmizin fiziki və mənəvi cəhətdən ən hazırlıqlı gənc vətəndaşları ilə formalaşıb. Bildiyiniz kimi, qanunvericiliklə verilmiş səlahiyyətlərə uyğun olaraq polis hüquqi məsuliyyət növlərini tətbiq edən hüquq-mühafizə orqanıdır, yəni cəzalandırıcı funksiyaya malikdir. İldə, məsələn, 2015-ci il ərzində müxtəlif inzibati xətalara görə Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən 2,6 milyondan çox protokol tərtib olunub ki, onların da böyük əksəriyyəti yol-hərəkət qayda pozuntuları ilə əlaqədar olub. Təbii ki, bu qədər insanın arasında özünü haqlı, protokol tərtib edən polisi isə haqsız hesab edənlər də olmalıdır ki, belələrində bəzən ötəri də olsa, polisə qarşı bir aqressiya və ya qisasçılıq hissi yaranır. Növbəti dəfə yol verdiyi hər hansı inzibati xətaya görə saxlanılanda, o, həmin hisslərin təsiri altında polisə müqavimət göstərməyə cəhd edir. Amma şükürlər olsun ki, belə cığal “əsəbi qəhrəmanlar”ımız çox azdır”.
Ehsan Zahidov qeyd edib ki, inzibati xətaya görə protokol tərtib edilənlərin demək olar ki, 99 faizi öz günahlarını səmimi etiraf edir və polisə qarşı hər hansı bir iddiasının olmadığını bildirir: “Yeri gəlmişkən, bir faktı da qeyd etmək yerinə düşərdi. Rəsmi qaydada keçirilən sorğuların nəticələrinə, eləcə də Daxili İşlər Nazirliyinə və onun yerli orqanlarına daxil olan vətəndaş müraciətlərinə əsasən bu gün ölkə əhalisinin böyük əksəriyyəti Azərbaycan polisinin fəaliyyətindən tam razıdır və onu dəstəkləyir. O ki qaldı az da olsa polisə müqavimət göstərənlərə, burda da ciddi narahatlığa əsas yoxdur, polis həmişə belələrini zərərsizləşdirərək məsuliyyətə cəlb etməyi bacarıb və bundan sonra da bacaracaq”.
Vaqif Əsədov jurnalistləri təbrik etdi – FOTO
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – DİN-dən yeni qərar - FOTO
Azərbaycanda cərimə balları silindi - Sonra isə...
Polisin kişilərə qarşı diskriminasiyası
İsmayıllıda motosiklet “Opel”i 2 yerə böldü - DYP-dən AÇIQLAMA - VİDEO
Yol polisi sürücülərə çağırış etdi
Sürücü hərəkətə başlamazdan əvvəl sərnişinə xəbərdarlıq etməlidir – DYP-dən ÇAĞIRIŞ
Vilayət Eyvazov Şuşada slovakiyalı həmkarı ilə görüşdü - FOTOLAR
Yol polisi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi
Yol polisimiz Rusiyada yarışa qatılıb MDB birincisi oldu - VİDEO
Özbəkistanda yol polisi “Damas”a 20 uşaq mindirən sürücünü cərimələdi











