Azərbaycanda 13 gün əvvəl vəzifəyə təyin edilən polis rəisi qəzaya düşdü

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib, sürücü xəsarət alıb. "Report"un məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay rayon Mirzəhüseynli kəndinin ərazisindən keçən hissəsində baş verib. Ağdaş rayonundan Göyçay rayonu istiqamətində hərəkət edət edən "Hyundai - İX 35" markalı 90-AP-579 dövlət qeydiyyat nişanlı minik maşınının idarə edən Etibar Abduyev idarəetməni itirərək yoldan çıxıb və aşıb. Etibar Abduyev müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Xəstəxanada ilkin tibbi yadım göstərildikdən sonra o, Bakıdakı xəstəxanaların birinə göndərilib. Hadisəyə səbəb magistral yolda maşının önünə iri buynuzlu malın-qaranın çıxması olub.
Qeyd edək ki, Etibar Abduyev Ucar Rayon Polis Şöbəsinin rəisidir. O, qəza zamanı Ucar rayonuna işə gedirmiş və həmin anda avtomaşını özü idarə edirmiş.
Xatırladaq ki, E.Abduyev daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə 14 may 2016-cı ildə Qəbələ Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilərək Ucar RPŞ-yə rəis təyin edilib.
Faktla bağlı araşdırma aparılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












