Azərbaycanda iti döyən polis əməkdaşı işdən çıxarıldı: 500 manat cərimə - VİDEO

Zaqatala rayonunda qonşusu İkram Ramazanova məxsus 3 aylıq iti döyən Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşı Tural Hacıömərov rəsmi formada cəzalandırılıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Qafqazinfo”ya heyvansevər Elxan Mirzəyev məlumat verib. Hadisə martın 17-də rayonun Muxax kəndində baş verib. T.Hacıömərov küçədə qoyunlarını hürküdən iti döyüb. Balaca küçük döyüldükdən sonra ağır xəsarətlər alıb, gözləri tutulub, yerimə qabiliyyətini itirib. T.Hacıömərov "Qafqazinfo”ya açıqlamasında qoyunlarını otlamağa qoymadığı üçün küçüyü daşla vurduğunu təsdiqləmişdi. O, həmçinin bildirmişdi ki, bu hadisəyə görə Baş İdarə tərəfindən töhmət alıb. Lakin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə "Qafqazinfo”ya açıqlamasında bunları təkzib edərək T.Hacıömərovun polis əməkdaşı olmadığını və iti döymədiyini bildirmişdi: "Həmin şəxs mülki mühafizəçidir, ona heç bir töhmət verilməyib”. E.Mirzəyevin bu gün redaksiyamıza təqdim etdiyi sənədlərdən görünür ki, T.Hacıömərov iti döyməkdə ittiham edilərək inzibati formada cəzalandırılıb və öz ərizəsi ilə işdən çıxarılıb. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göndərdiyi rəsmi məktuba əsasən, T.Hacıömərov barəsindəki şikayət araşdırılıb və müəyyən olunub ki, o, dişi it balasını rəhmsız davranmaqla döyərək zədələyib. Buna görə martın 31-də T.Hacıömərov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 500 manat cərimə olunub. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəis müavini Daşqın Mehdiyevin şikayətçi Elxan Mirzəyevə göndərdiyi rəsmi məktubda qeyd olunub ki, Zaqatala Rayonlararası Mühafizə Bölməsinin mühafizəçisi Tural Hacıömərov iti döyməsi ilə bağlı iddianın araşdırılması prosesində işdən xaric edilməsi barədə rəsmi müraciət etdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.



Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












