Azərbaycanda “Sonanın nəvəsi” ləqəbli avtoritet tutuldu - DYP

Şirvanda kriminal avtoritetin üzərindən narkotik vasitə olan heroin götürülüb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Şirvan şəhər Dövlət Yol Polisinin İdarəsinin (DYP) əməkdaşları Bakı şəhər sakini, S.Rəhimov küçəsi 14 ünvanında yaşayan 1967-ci il təvəllüdlü Mikayılov Vahid Qəzənfər oğlu idarə etdiyi "Kia Serato" markalı, 90 UN 616 dövlət nömrə nişanlı avtomobili Şirvanda saxlayıblar. Polis Şöbəsinə dəvət olunan sürücünün üzərinə baxış keçirilərkən ondan 33,778 qram narkotik vasitə olan heroin aşkarlanıb. Əvvəllər dəfələrlə məhkum olunan, kriminal aləmdə “Sonanın nəvəsi” kimi tanınan V.Mikayılov ümumilikdə 20 il cəzaçəkmə müəssisələrində cəza çəkib. O, məşhur avtoritet “Lotu Bəxtiyarın” bibisi oğludur.
Faktla bağlı araşdırma aparılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












