Azərbaycanda yol polisi dəmirlərin arasında qalan uşağın köməyinə gəldi - VİDEO

Azərbaycanda yol polisinin daha bir maraqlı hərəkəti təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Avtosfer.az-a daxil olan həmin görüntülər Bakı-Quba yolunun 47-ci km-də qeydə alınıb. Əldə etdiyimiz məlumata görə, ərazidə xidmət aparan Baş DYP İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci tağımının əməkdaşları sürətli yoldan keçmək istəyərkən ayırıcı zolağın içərisində qalan uşağı görüb ona kömək edirlər. Kadrlardan da göründüyü kimi, uşaq təhlükəli ərazidən yolu keçir. O, dəmir ayırıcılardan birini keçə bilsə də, ikincidən keçə bilmir. Dəmirlərin arasında bir neçə dəqiqə gözlədikdən sonra yoldan keçən DYP avtomobilində xidmət aparan inspektor onu görərək avtomaşını saxlayır. İnspektor uşağı dəmir arakəsmələrin arasından çıxararaq yolu keçməsinə kömək edir. Uşağın yolu keçdiyinə əmin olduqdan sonra isə özü yoluna davam edir.
Avtosfer.az həmin görüntüləri təqdim edir:
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












