Azərbaycanda yol polisinin “bonusu”

“Yol hərəkəti haqqında” qanunun müddəalarının pozulmasına görə, fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavə olunur. Avtosfer.az xəbər verir ki, modern.az-ın yazdığına görə, ərazi üzrə təhkim olunmuş yol polisi əməkdaşları gün ərzində “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozan sürücülərə müxtəlif cərimələr yazır, yaxud da yerində cərimə tətbiq etməklə inzibati protokol tərtib edirlər. Polislərə yazılan 25 faizlik “bonus” gün ərzində onları daha çox cərimə yazmağa sövq edir. Bu minvalla onlar daha çox cərimə yazmağa və “bonus” qazanmağa çalışırlar. Şərti olsa da, deyə bilərik ki, yol polisi “plana” işləyir.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov isə bu fikirlə qəti surətdə razılaşmır: “Siz düşünürsüznüz ki, biz plan qoymuşuq?! Bu belə deyil. Ümumiyyətlə, bu sualın təbliğata aidiyyatı yoxdur”.
V.Əsədov deyib ki, müəyyən olunan cərimələrdən daxil olan vəsaitin 25 faizinin polis əməkdaşının maaşına yazılması bu iddiaları səsləndirməyə əsas vermir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












