Azərbaycanda yol polisləri arasında qanlı dava - Biri bıçaqlandı

Beyləqan rayonunda yol polisləri arasında qanlı dava baş verib. Avtosfer.az criminal.az-a istinadən xəbər verir ki, Rayon Yol Polisi Şöbəsinin əməkdaşı Tural Əliyev iş yoldaşı Namiq Zeynalovu bıçaqlayıb. O, ağır vəziyyətdə Beyləqan rayon xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən ona ilkin yardım göstərilib.
Baş Dövlər Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Criminal.az saytına açıqlamasında bildirdi ki, hadisə bıçaqlanma deyil. Şöbə rəisinin sözlərinə görə, kağız kəsən alətlə onlar təsüdüfən bir-birinə xəsarət yetiriblər. ''Burda cinayət faktı olmamalıdı, sadəcə kağızkəsənlə ehtiyatsız davranma nəticəsində baş verib. Məndə olan məlumat belədir. Hadisə necə olubsa, araşdırılacaq. tərəflərdən hansınınsa anası da hadisə haqda düzgün bilməyə bilər. Güləş zamanı alınan xəsarət deyil. Kəsici alətin yaratdığı xəsarətdir. İstənilən halda araşdırma nəticəsində məlum olacaq. Dəqiq informasiyanı Beyləqan polis şöbəsindən alın. Bizdə məlumat var, gizlədilməsi mümkün deyil. Lap təsadüf nəticəsində baş veribsə belə, xidməti araşdırma aparılacaq''-deyə BDYP rəsmisi vurğuladı.
Hadisənin səbəbi hələlik məlum deyil.
Xəstəxananın baş həkimi Əli Məmmədov bildirib ki, N.Zeynalov kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə xəstəxanaya daxil olub.
Qeyd edək ki, iş yoldaşını bıçaqlamaqda təqsirləndirilən Tural Əliyev Beyləqan rayol Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın oğludur.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














