Azərbaycanın bütün yollarında gizli polislər var - DYP-dən xəbərdarlıq

Artıq gizli yol patrul xidmətləri tək Bakıda deyil, respublikanın bütün avtomobil yollarında fəaliyyət göstərir. Bu barədə admiral.az-a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, gizli polislərin fəaliyyətə başlaması yol-nəqliyyat hadisələrinin azalmasına təsir edib: "İnkişaf etmiş ölkələrin əksəriyyətində belə gizli xidmətlər var. Bu xidmətin fəaliyyəti üçün xüsusi, müasir texniki avadanlıqlara çox ehtiyac yoxdur. Bunun üçün avtomobildə bir kameranın olması kifayət edir".
K.Əliyev deyir ki, mülki vətəndaşlardan ibarət bu əməkdaşların avtomobilləri saxlamaq və cərimə yazmaq ixtiyarı yoxdur: "Onlar şəxsi avtomobillərdə xidmət göstərə bilərlər. Lakin respublikanın hansı ərazilərində dayanmaları, sayları barədə məlumat verilmir. Onların anonimliyi qorunur".
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












