Azneft-də yol polisini söyüb dava edən piyada həbs edildi – VİDEO

Bakının Azneft meydanında vətəndaşla yol polisi arasında yaşanan gərgin anlara məhkəmədə son qoyulub. Qayda pozmaqla yanaşı, yol polislərini söyüb təhqir edən piyada məhkəmə qərarı ilə həbs edilib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, sentyabrın 13-də, saat 16.11 radələrində Azneft meydanında xidmət aparan DYP inspektorları bir kişi və bir qadının yolun qadağan olunmuş hissəsindən keçməyə çalışdığını görərək onlara xəbərdarlıq ediblər. Bu zaman qadın yolun kənarında dayansa da, kişi yol polislərinin üstünə hücum çəkib. Polislər bir daha onlara xəbərdarlıq edərək geri qayıdıb keçiddən keçmələrini tələb etdikdə isə qalmaqal yaşanıb. Polislər onlara cərimə yazmaq istədikdə kişi əlindəki bağlamanı qadına verərərk yol polislərinin üstünə cumub və ağır söyüşlərlə onları təhqir edib. Bundan sonra polis əməkdaşları onu yerə yıxaraq qollarını bağlayıblar. Hadisə yerinə gələn Post-Patrul Xidmətinin əməkdaşları həmin şəxsi Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə aparıblar. Burada araşdırma zamanı məlum olub ki, polislərə hücum çəkən şəxs 1991-ci il təvəllüdlü İsa Şahlar oğlu Təhməzovdur. Onun barəsində toplanmış materiallar Səbail rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə İsa Təhməzov 25 gün müddətinə inzibati qaydada həbs edilib. O, məhkəmə zalından Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə aparılıb.
Qeyri-rəsmi ər-arvad kimi yaşadığı qadının yanında “qəhrəmanlıq” etməyə çalışan həmin şəxs məhkəmədə əməlindən peşman olduğunu desə də, faydası olmayıb...
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












