Reklam

Azyaşlı uşaq atasının yanında yola qaçıb maşına çırpıldı – DYP-dən VİDEO

Yol polisi 5 İyun 2024 12:22 Oxunub 3494
Azyaşlı uşaq atasının yanında yola qaçıb maşına çırpıldı – DYP-dən VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev valideyinlərə müraciət edib. Avtosfer.az xəbər verir ki, o, bu barədə öz “Facebook” səhifəsində paylaşım edib. Şöbə rəisi paylaşımda statistikaya istinad edərək qeyd edib ki, bir çox hallarda azyaşlılar məhz valideynləri yanlarında olduğu halda yol-nəqliyyat hadisəsinin qurbanına çevrilirlər: “Valideyn diqqətsizliyinə görə azyaşlı həyatını itirirsə bu, cəmiyyət, dövlət və həmin valideyin üçün ağır faciədir”.

Rövşən Tağıyev valideynin yanında yola qaçaraq avtomobilə çırpılan uşağın videosunu da paylaşaraq böyüklərə diqqətli olmağa səsləyib.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh