"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalır. Qarşıdakı dövrdə küçə və prospektlərdə, xüsusilə məktəb, bağça və digər təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat və piyada sıxlığının artacağı gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsi piyadavurma hallarının qarşısının alınması, xüsusilə uşaqların yol təhlükəsizliyinin qorunması məqsədilə bütün hərəkət iştirakçılarını daha diqqətli və məsuliyyətli olmağa çağırır.
Sürücülər təhsil müəssisələrinin, parkların və uşaqların daha çox hərəkət etdiyi digər ərazilərin yaxınlığında sürət həddini şəraitə uyğun azaltmalı, piyada keçidlərinə yaxınlaşarkən diqqəti artırmalı, qəfil yola çıxa biləcək uşaqları nəzərə alaraq hər an dayanmağa hazır olmalıdırlar.
Valideynlər övladlarını yol hərəkəti qaydaları barədə mütəmadi məlumatlandırmalı, azyaşlı uşaqları nəzarətsiz buraxmamalı, onlara yolu yalnız müəyyən olunmuş piyada keçidlərindən və təhlükəsiz yerlərdən keçməyi öyrətməli, öz davranışları ilə də nümunə olmalıdırlar.
Eyni zamanda, piyadalar yolu keçərkən mobil telefon və diqqəti yayındıran digər vasitələrdən istifadə etməməli, qəfil avtomobil yoluna çıxmamalı, sürücünün onları gördüyünə əmin olduqdan sonra hərəkət etməlidirlər.
Piyadavurma hallarının sayının azaldılması yalnız nəzarət tədbirləri ilə deyil, hər bir sürücünün, piyadanın və valideynin məsuliyyətli davranışı ilə mümkündür.

Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












