Babək prospektində sürücülərə qanunsuz cərimə yazılır? - DYP-dən AÇIQLAMA - VİDEO

Paytaxtın Babək prospektində quraşdırılmış (“Aysun” şadlıq sarayının qarşısında) təhlükəsiz şəhər kamerası vasitəsilə sürücülərin kütləvi şəkildə cərimələndiyi iddia olunur.
Avtosfer.az xəbər verir ki, sürücülərdən biri bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, sözügedən ərazidə avtobus zolağı və düz xətt nişanı olmadığı halda 2 bal 100 manat məbləğində cərimələnib. Sürücü üstəlik ona göndərilən cərimə protokolunu paylaşaraq şəkilə avtobus zolağı yol nişanının “photoshop”la əlavə olunduğunu qeyd edib. Ardınca o, cərimələndiyi yolu çəkərək protokoldakı nişanın ərazidə olmadığını göstərib. Dəfələrlə şikayət etdiklərini vurğulayan sürücü məsələnin bir sıra media orqanları vasitəsilə işıqlandırıldığını, lakin hələ də nəticəsiz qaldığını əlavə edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən videogörüntüylə əlaqədar araşdırma aparılıb və qeyd edilən ərazidə ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulan zolaq və müvafiq yol nişanı mövcuddur: “Sürücü barəsində xüsusi texniki vasitənin köməyi ilə tərtib edilmiş elektron protokolda yanlışlıq yoxdur. Bu baxımdan sürücülərdən xahiş olunur ki, qaydalara ciddi şəkildə riayət etsinlər, yol nişanlarına və yolun hərəkət hissələrinin işarələrinin tələblərinə diqqət yetirsinlər”.
Nərmin


Yollar buz bağlayacaq - DYP-dən hava xəbərdarlığı
Salyanda “avtoş”luq edən sürücü HƏBS OLUNDU + VƏSİQƏSİ ALINDI - FOTO
Keçən il yol nəqliyyat hadisələrinin sayı azalıb – Nazirdən AÇIQLAMA
Vilayət Eyvazov kollegiya iclasında polisə ciddi tapşırıqlar verdi - "Çevik reaksiya verin" - FOTO
Abşeronda əyləci çəkib “şou” göstərən sürücü cərimələndi + vəsiqəsiz qaldı - VİDEO
Polis gücləndirilmiş rejimdə xidmətini davam etdirir - VİDEO
Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Yol polisi tədbirlər görür - FOTO - VİDEO
Əlverişsiz hava və yol şəraiti ilə bağlı DYP-dən ÇAĞIRIŞ
20 Yanvarla bağlı bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - DYP
Ağsu dolaylarında hərəkət təhlükəsizliyi təmin olunur, yollar açıqdır - FOTO - VİDEO
DİN-in şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO - VİDEO













