Bakı Şəhər Baş Polis İdarəsinin rəisinə yeni köməkçi təyin edilib

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı Şəhər Baş Polis İdarəsinin rəisinə yeni köməkçi təyin edib.
Avtosfer.az Qafqazinfo-ya istinadla xəbər verir ki, nazirin əmri ilə Qaradağ Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovniki Oktay Süleymanlı vəzifəsindən azad edilib. O.Süleymanlı Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Əkbər İsmayılovun şəxsi heyət üzrə böyük köməkçisi təyin olunub.
Qeyd edək ki, O.Süleymanlı peşəkar karyerası dövründə daha çox Əkbər İsmayılovla birgə çalışıb. 2019-cu ildə Ə.İsmayılov Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin edildikdən bir ay sonra Oktay Süleymanlı da Binəqədi RPİ-dəki müavin postundan çıxarılaraq Gəncənin rəis müavini təyin edilib. Həmin zaman O.Süleymanlı həm də "Gəncə hadisələri”ndə şəhid olan polis polkovniki İlqar Balakişiyevi əvəz edib.
Növbəti təyint zamanı Əkbər İsmayılov 2020-ci il noyabr ayında Gəncədəki vəzifəsindən azad edilərək Bakı polisinə rəis təyin edilib. Bundan bir ay sonra, dekabr ayında Oktay Süleymanlı da Gəncə polisindəki müavin vəzifəsindən çıxarılıb və Bakının Qaradağ Rayn Polis İdarəsində eyni vəzifəyə yeri dəyişdirilib.
Fotoda: Əkbər İsmayılov

Fotoda: Oktay Süleymanlı

Polis valideynlərə çağırış etdi - VİDEO
Bu cür qayda pozuntuları ölümə aparır - DYP-dən bu sürücülərə XƏBƏRDARLIQ
Maşını texniki baxışdan keçirmək istəyənlərin nəzərinə - Şad xəbər - VİDEO
Yol polisi orta məktəblərdə uşaqların suallarını cavablandırdı - FOTOLAR
DYP maşını yol kənarlarına atıb gedən yük avtomobili sürücülərinə çağırış etdi - VİDEO
Yol polisi Sabunçuda uşaqlarla maraqlı görüş keçirdi - Patrul maşını ətrafında müzakirə - FOTOLAR
DYP dumanlı havaya görə hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Yolun hərəkət hissəsinə çıxmayın - DYP-dən piyadalara ÇAĞIRIŞ - VİDEO
"Avtoş"lar, sərxoşlar və digər qayda pozan sürücülər cəzalandırıldı - Nəsimidə reyd - FOTO - VİDEO
"Bu, sürücülərin əsas vəzifəsidir" - Yol polisindən xəbərdarlıq
Aeroport yolunda hərəkət məhdudlaşdırılacaq - DYP alternativ yolu açıqladı - FOTO










