Bakıda 300-ə yaxın polis əməkdaşı qan verdi - FOTO

Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə Binəqədi Rayon Polis İdarəsi rəhbərliyinin təşkilatçılığı ilə idarənin inzibati binasında anım mərasimi keçirilib. Avtosfer.az xəbər verir ki, tədbirdən əvvəl idarənin şəxsi heyəti Xocalı soyqırımı qurbanlarının xatirəsinə təşkil olunan və həmin dəhşətli gecəni özündə əks etdirən foto stendə baxış keçirərək faciə qurbanlarını anıblar. Anım mərasimi Xocalı faciəsi qurbanları və Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad ediməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq İsmayılov Xocalı soyqırımının bəşər tarixində baş vermiş ən faciəvi hadisələrdən biri olduğunu deyib, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb. İdarə rəisi bildirib ki, Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Rəis Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondu tərəfindən 2008-ci ildən başladılmış “Xocalıya Ədalət” təbliğat-informasiya kampaniyasının rolunun böyük olduğunu bildirib.

İdarə rəisi bildirib ki, Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Tədbirdə Azərbaycan Respublikasının əməkdar müəllimi, tarixçi Elxan Kərimov, həmçinin idarənin digər əməkdaşları çıxış edib, Xocalı soyqırımının günahkarlarının beynəlxalq məhkəməyə verilməsini, tarix qarşısında cavab vermələrini tələb ediblər.
Sonda Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar olaraq Binəqədi Rayon Polis İdarəsində qanvermə aksiyası həyata keçirilib. Polis İdarəsinin 300-ə yaxın şəxsi heyəti aksiyada könüllü şəkildə iştirak edib.
Qeyd edək ki, aksiya zamanı toplanan qan Mərkəzi Qan Bankına təhvil verilib.
Elmin

DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO



















