Bakıda 35 yaşlı kişi polislər tərəfindən döyülərək öldürülüb? - İDDİA - AÇIQLAMA - FOTO

Bakı şəhərində yaşayan Vəlibəyov Faiq Rafiq oğlunun polislər tərəfindən döyülərək öldürüldüyü iddia edilib.
Bu barədə oxu.az saytının redaksiyasına həmin şəxsin anası Valentina Aleksandrovna bildirib.
Onun sözlərinə görə, oğlunun hansı səbəbdən polis bölməsinə aparıldığı məlum deyil:
“Martın 23-də polislər Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsində yaşadığımız kirayə evdən oğlumu Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə aparıblar:
“Polislər oğlumu evdən alt paltarında sürüyərək, qeyri-insani formada aparıblar. Həmin an evin həyətində bir neçə yerdə mövcud olan kamera görüntülərində qeydə alınıb. Faiq axşam 23:30-a kimi polis bölməsində saxlanılaraq, ölümcül döyülüb və xəsarət yetirilib.
Oğlumun halı pisləşdikdən sonra təcili tibbi yardım çağırılıb və o, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Mən oğlumu xəstəxanada görəndə bədənində qançırlar, yaralar var idi”.
O qeyd edib ki, oğlu özünə gələn zaman ifadəsində polislərin onu döydüklərini bildirib:
“Polis əməkdaşlarının onu ölümcül döyməsi nəticəsində martın 25-də vəfat edib”.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, narkotik aludəçisi olan vətəndaşın polis bölməsində ölməsi ilə bağlı iddialar əsassızdır:
“Onun barəsində martın 23-də “Toyota Prius” markalı avtomobilin ələ keçirilməsi barədə polisə məlumat daxil olub. Əvvəllər Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə məhkum olunan, 1988-ci il təvəllüdlü Faiq Rafiq oğlu Vəlibəyovun kirayə yaşadığı evdə köməksiz vəziyyətdə olması müəyyən edilib.
Ev sahibi dəvət olunaraq, Faiq Vəlibəyovun evdə narkotik vasitənin təsiri altında halsız vəziyyətdə olması aşkar edilib. Müvafiq sənədləşmə işi aparıldıqdan sonra o, təcili tibbi yardımla müvafiq xəstəxanaya yerləşdirilib. O, iki gün sonra müalicə aldığı xəstəxanada ölüb”.
Bu cür qayda pozuntuları ölümə aparır - DYP-dən bu sürücülərə XƏBƏRDARLIQ
Maşını texniki baxışdan keçirmək istəyənlərin nəzərinə - Şad xəbər - VİDEO
Yol polisi orta məktəblərdə uşaqların suallarını cavablandırdı - FOTOLAR
DYP maşını yol kənarlarına atıb gedən yük avtomobili sürücülərinə çağırış etdi - VİDEO
Yol polisi Sabunçuda uşaqlarla maraqlı görüş keçirdi - Patrul maşını ətrafında müzakirə - FOTOLAR
DYP dumanlı havaya görə hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Yolun hərəkət hissəsinə çıxmayın - DYP-dən piyadalara ÇAĞIRIŞ - VİDEO
"Avtoş"lar, sərxoşlar və digər qayda pozan sürücülər cəzalandırıldı - Nəsimidə reyd - FOTO - VİDEO
"Bu, sürücülərin əsas vəzifəsidir" - Yol polisindən xəbərdarlıq
Aeroport yolunda hərəkət məhdudlaşdırılacaq - DYP alternativ yolu açıqladı - FOTO
DYP duman faralarından düzgün istifadə etməyən sürücüləri aşkarladı - VİDEO










