Bakıda 43 cinayətin üstü bir gündə açıldı – 37-si akkumulyator oğurluğudur

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrı vaxtlarda törədilmiş 43 cinayətin üstü açılıb. Belə ki, 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir avtomobildən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa təhvil veriliblər. Araşdırmalarla onların Bakı şəhər sakini Fuad Həsənov və Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Vaqif Allahyarov olduqları müəyyən edilib. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların digər cinayət əməllərinin də üstü açılıb. Onların cari ilin mart-noyabr ayları ərzində rayon ərazisində 37 avtomobildən akkumulyator, güzgülər, maqnitofon, pul, həmçinin 2 mağazadan, 1 kompyuter salonundan, 1 “Topaz” mərc oyunları məntəqəsindən, 1 çay evindən və 1 həyətyanı sahədən pul, ərzaq məhsulları və məişət əşyaları oğurlamaları da müəyyən edilib.
Oğurlanmış 16 ədəd avtomobil akkumulyatoru və 4 ədəd “playstation” kompyuteri polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir. Onların digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












